Türkiyә prezidenti gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan cümә namazından sonra jurnalistlәrә  bәyanatlar verib.

1493295
Türkiyә prezidenti gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

 

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan cümә namazından sonra jurnalistlәrә  bәyanatlar verib.

Seysmik araşdırmalar aparan ‘‘Oruç Reis’’ gәmisinin Antalya limanında lövbәr salmasına toxunan Әrdoğan deyib: ‘‘Oruç Reis  gәmisinin Antalya limanında lövbәr salmasının bir sәbәbi var. Diplomatiyaya bir fürsәt verәk. Bunun üçün etdik. Yalnız ‘‘Oruç Reis’’in qayırma işlәri üçün Antalya limanında lövbәr salması bizim seysmik fәaliyyәtlәrimizi dayandırdığımız mәnasına gәlmir. Gәmi qayırma işlәri sona çatdıqdan sonra fәaliyyәt göstәrdiyi bölgәyә geri qayıdacaq vә kәşfiyyat-axtarış işlәrinә davam edәcәk’’.

Miçotakislә görüş keçirmәk mәsәlәsindә bir problemin olmadığını vurğulayan Әrdoğan deyib: ‘‘Niyә görüşәcәyik, hansı çәrçivәdә görüşәcәyik әsl mәsәlә budur’’.

Misir ilә münasibәtlәrә dә toxunan prezident Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Misiririn Yunanıstan ilә bağladığı müqavilә bizi narahat etdi’’.

Liviyadakı proseslәri dә qiymәtlәndirәn prezident Әrdoğan bildirib ki, çevrilişçi Hafter geçi-tezi mәğlub olacaq. Bunu görürük.

 



Әlaqәli Xәbәrlәr