İ.Kalın: "Avropa İttifaqı Şərqi Aralıq dənizi mövzusunda dürüst bir vasitəçi kimi davransın"

Prezident Aparatının sözçüsü İbrahim Kalın Avropa İttifaqının (Aİ) Şərqi Aralıq dənizi mövzusunda dürüst bir vasitəçi kimi davranmasının vacibliyini dilə gətirib.

1492765
İ.Kalın: "Avropa İttifaqı Şərqi Aralıq dənizi mövzusunda dürüst bir vasitəçi kimi davransın"

Prezident Aparatının sözçüsü İbrahim Kalın Avropa İttifaqının (Aİ) Şərqi Aralıq dənizi mövzusunda dürüst bir vasitəçi kimi davranmasının vacibliyini dilə gətirib. 
İbrahim Kalın Avropa Xarici Əlaqələr Şurasının “Türkiyənin Şərqi Aralıq dənizindəki rolu: Münaqişə təhlükəsi və Dialoqun perspektivləri” adlı tədbirdə çıxış edib.
Türkiyənin Şərqi Aralıq dənizindəki ən uzun sahil zolağı olan ölkə olduğuna diqqət çəkən Kalın deyib:
"Bir NATO üzvü olaraq, yalnız Yunanıstan, Kıbrıs və ya Livanla ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Şərqi Aralıq dənizində baş verən hər şey bizi maraqlandırır. Son aylarda baş verən hadisələrin daha yaxşı başa düşülməsi üçün Yunanıstanla bir sıra ön danışıqlar keçirildi. Müzakirələr 2002-ci ildə başladı və 2016-cı ilə qədər təxminən 60 tur davam etdi. Bu çağırışın məqsədi Türkiyə ilə Yunanıstan arasında yalnız dəniz sərhədlərinin müəyyən edilməsi deyil, adalarda, hava məkanı kimi sahələrdə problemləri dəqiqləşdirmək idi".
Yunanıstandakı daxili siyasi problemlər səbəbindən danışıqların Afina hökuməti tərəfindən dayandırıldığını xatırladan Kalın Prezident Rəcəb Tayyib Ərdoğanın bu danışıqları Yunanistanın Baş naziri Kiryakos Miçotakis ilə Nyu-Yorq və Londonda davam etdirməyə qərar verdiyini, lakin bunun baş tutmaması nəticəsində Almaniyanın vasitəçi olduğunu söyləyib. 

Kalın son vəziyyətlə bağlı isə deyib ki, Prezidentimiz bir daha diplomatiyaya şans verdi. "Oruç Reis" kəşfiyyat-axtarış gəmisi Antalyaya qayıtdı. Bunu Yunanıstanın görüşlərdə irəliləyiş olaraq bir fürsət kimi qiymətləndirməsinə və ön danışıqları davam etdirəcəyinə ümid edirəm".



Әlaqәli Xәbәrlәr