M.Çavuşoğlu: "Hansı yola üz tutacağımıza dair seçim Yunanıstanındır"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində Yunanıstanı ön şərt irəli sürmədən dialoqa çağırıb.

1491117
M.Çavuşoğlu: "Hansı yola üz tutacağımıza dair seçim Yunanıstanındır"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində Yunanıstanı ön şərt irəli sürmədən dialoqa çağıraraq, "Hansı yoldan gedəcəyimizə dair seçim nə Türkiyə, nə Fransa, nə də bir özgəsinindir, seçim Yunanıstanın qiymətli liderlərinin və xalqınındır" mesajını verib.
Nazir Çavuşoğlu Yunanıstanda dərc olunan "Kathimerini" qəzeti üçün "Şərqi Aralıq dənizində prioritetimiz ön şərt olmadan diplomatiyadır" başlıqlı məqaləsində daimi qonşu məntiqinin təbii olaraq bir-birinin hüquqlarına qarşılıqlı hörmət tələb etdiyini vurğulayıb.
Mövzu ilə bağlı Türkiyənin mövqeyinə toxunan Çavuşoğlu, bunları söyləyib:
"Şərqi Aralıq dənizindəki əsas hədəflərimiz aydındır:
- Dəniz sərhədlərinin ədalətli və bərabər şəkildə müəyyənləşdirilməsi;
- Dənizdibi ərazilərilə bağlı hüquqlarımızın maksimalist və həddindən artıq dəniz sərhəd iddialarına qarşı qorunması;
- Ədalətli gəlir bölüşdürmə mexanizmi qurulması ilə Kıbrıs Türklərin Adanın açıq dənizdəki qaynaqları üzərindəki bərabər hüquqlarının qorunması;
- Kıbrıslı Türklər  daxil bütün tərəflərin iştirakı ilə həqiqi, əhatəli və ədalətli dəniz enerji əməkdaşlıq mexanizmlərinin (bununla bağlı təkliflər hələ də masadadır) Şərqi Aralıq dənizində yaradılması".  Çavuşoğlu Türkiyəyə dəniz sahələrinin müəyyən edilməsi mövzusunda heç bir səlahiyyəti olmayan Avropa İttifaqı vasitəsilə maksimalist iddiaların təzyiqlə qəbul etdirilə bilməyəcəyinə işarə edərək, "Türkiyədən yalnız 2, Yunanıstan ərazilərindən isə 580 km uzaqda olan Meis adası kimi kiçik bir ada üçün 40 min kvadratkilometr kontinental bölgə iddiasını irəli sürərək Türkiyənin açıq dənizlərə və özünün kontinental sahələrinə daxil olmasına manə ola bilməzsiniz. Heç bir qanın, məntiq ya da əsas ədalət hissi bu mövzuda əks bir dəlil irəli sürülməsinə icazə vermir" ifadələrini işlədib.
Çavuşoğlu onu da bildirib ki, ayrıca bölgədəki ən uzun sahil xətti, artan əhali, enerji tələbatı, istehsal gücü olan Türkiyə kimi bir ölkəni ətrafındakı sərvətlərdən məhrum olma cəhdləri realist deyil. Əvvəllər dəfələrlə dediyimiz kimi, bu olmayacaq. Bu səbəblə, Türkiyə əsas maraqlarına zərər verilməsinə icazə verməyəcək sabit bir mövqe nümayiş etdirir. Bölgədəki dəniz mövcudluğumuzu hücum məqsədləri üçün deyil, dənizdibi ərazilərindəki seysmik kəşfiyyat fəaliyyətimizə müdaxiləyə qarşı qanuni müdafiə üçün saxlayırıq (bu, 16 il əvvəl beynəlxalq hüquqa əsasən elan edilmişdi) 
Gələcək nəsillərə sülh və təhlükəsizlik mirası qoymaq üçün güclü, təsirli və rasional rəhbərliyin lazım olduğunu vurğulayan Çavuşoğlu "Hazırda atdığımız addımlar sadəcə bu günü deyil, gələcəyi də istiqamətləndirəcək. Siz yaxşı bilirsinis ki, Türkiyə Yunanıstanın seçimi olan yolda irəliyə bilər. Hansı yoldan gedəcəyimizə dair seçim nə Türkiyə, nə Fransa, nə də bir özgəsinindir, bu seçim Yunanıstanın qiymətli liderlərinin və xalqınındır" deyib.



Әlaqәli Xәbәrlәr