Hami Aksoy: "İmzalanmış sənəd Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcək”.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-la Cənubi Kıbrıs Rum İdarəsi arasında imzalanmış memorandumun Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcəyini bildirib.

1490014
Hami Aksoy: "İmzalanmış sənəd Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcək”.

“ABŞ-la Cənubi Kıbrıs Rum İdarəsi arasında imzalanmış memorandum Şərqi Aralıq dənizi bölgəsində sülhə və sabitliyə xidmət etməyəcək”.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun sözügedən sənədə münasibətində deyib.

Aksoyun sözlərinə görə, ABŞ-ın bölgədəki son qərarı burada gərginliyi artırır. Bundan başqa, razılaşma “Kıbrıs məsələsi”nin həllinə, bölgənin sabitliyinə ciddi zərbə vura bilər.

Hami Aksoy onu da əlavə edib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Cənubi Kıbrıs Rum icmasına səfəri zamanı türk cəmiyyətinin nümayəndələri ilə görüşməyib: "Adada rumlarla birlikdə bərabər haq sahibi olan Türkləri gözdən yayındıraraq atılan bu addımların yeganə nəticəsi rumların zidd rəftarlarını gücləndirmək olacaqdır. Bu yanaşmanın Rum tərəfini hər hansı problemin həllində razılıq verən mövqeyə üz tutmağa təşviq etməyəcəyi dəqiqdir. ABŞ-ı Kıbrıs Adasında ənənəvi olaraq davam etdirdiyi tərəfsizlik siyasətinə geri payıtmağa və Kıbrıs məsələsinin həllindəki cəhdlərə töhfə verməyə dəvət edirik. 



Әlaqәli Xәbәrlәr