Türkiyə Cənubi Avropa ölkələrinin qərarına reaksiya verdi

Türkiyədə Avropa İttifaqı (Aİ) üzvü Cənubi Avropa ölkələrinin (Med7) VI zirvə yığıncağında qəbul edilən birgə bəyanatda yer alan Şərqi Aralıq dənizi və Kıbrıs (Kipr) məsələsinə dair ifadələrə reaksiya verdi.

1488981
Türkiyə Cənubi Avropa ölkələrinin qərarına reaksiya verdi

Türkiyədə Avropa İttifaqı (Aİ) üzvü Cənubi Avropa ölkələrinin (Med7) VI zirvə yığıncağında qəbul edilən birgə bəyanatda yer alan Şərqi Aralıq dənizi və Kıbrıs (Kipr) məsələsinə dair ifadələrə reaksiya verdi.
Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Hami Aksoy 10 sentyabr 2020-ci il tarixində Aİ üzvü "Med7" yığıncağın yekununda qəbul edilən birgə bəyannamə ilə bağlı suala yazılı cavab verib:
"Fransa, İtaliya, İspaniya, Malta, Portuqaliya, Yunanıstan və Kıbrıs Rum İdarəsinin iştirakı ilə 10 sentyabr 2020-ci il tarixində təşkil olunmuş Aİ üzvü "Med7" altıncı zirvə toplantısının yekununda qəbul edilmiş ortaq bəyannamədə Şərqi Aralıq dənizi və Kıbrıs məsələsinə dair ifadələr keçən il olduğu kimi qərəzlidir, həqiqətlə əlaqəsi və hüquqi əsası yoxdur. Yunanıstanı beynəlxalq hüquqa zidd və maksimalist dənizdibi ərazisi səlahiyyətinə qarşı iddialarından imtina etməyə dəvət edirik. Gərginliyi azaltmaq üçün Yunanıstanın "Oruç Reis" tədqiqat gəmimiz ətrafındakı hərbi gəmiləri geri çəkməsi, NATO-nun ayrı tutma təşəbbüsünü dəstəkləməsi və Meis də daxil olmaqla Şərqi Egey adalarını silahlandırmaqdan imtina etməsi vacibdir. Qərbi Trakya Türk Azlığına qarşı son dövrdə artan təzyiqlərə son qoyulmalıdır. Türkiyə Şərqi Aralıq dənizinə ən uzun sahili olan və Aİ-yə namizəd bir ölkədir. Şərqi Aralıq dənizində dialoq və əməkdaşlığın hakim olması üçün ilkin planda Yunanıstanın Türkiyə ilə şərt irəli sürmədən masaya oturması, kıbrıslı rumların Adanın ortaq sahibi olan Şimali Kıbrıs Türk Cümhuriyyəti ilə hidrokarbon ehtiyatlarının araşdırılması və istismarı üçün gəlir paylaşımı da daxil olmaqla, əməkdaşlıq ilə  özünün dar düşüncəli maraqlarına Aİ-ni vasitə etməməsi və Aİ-nin və sözügedən bəyannaməni imzalayan digər ölkələrin isə beynəlxalq hüquqa və Aİ meyarlarına zidd olaraq həmrəylik adı altında kor-koranə yürütdükləri birtərəfli və tərəfli münasibətlərindən imtina etməsi lazımdır. Həmrəylik haqlı olduğun zaman, haqlı olanla edilir. Haqsızla həmrəylik olmaz".



Әlaqәli Xәbәrlәr