Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb
Türkiyənin Daxili İşlər Nazirliyi Van şəhərində "Yıldırım- 10 Norduz" əməliyyatına start verildiyini açıqlayıb.
1486761

Türkiyənin Daxili İşlər Nazirliyi Van şəhərində "Yıldırım-10 Norduz" əməliyyatına start verildiyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, bölgədəki terrorçuların zərərsizləşdirilməsi məqsədilə Van şəhərində "Yıldırım - 10 Norduz" əməliyyatı keçirilir. Əməliyyatda 1040 hərbi personalın iştirak etdiyi bildirilib.
Ölkə daxilindəki terrorçuların məhv edilməsi məqsədilə keçirilən Yıldırım 1,2,3,4,5,6,7,8 və 9 əməliyyatları nəticəsində indiyədək 46 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində həmçinin terrorçulara məxsus 90 mağara və çox sayda silah ələ keçirilib.
Əməliyyatların qətiyyətli şəkildə həyata keçirildiyi vurğulanıb.