Hulusi Akar NATO Hərbi Komitəsinin sədri ilə görüşüb

Milli Müdafiə naziri Hulusi Akarın NATO  Hərbi Komitəsinin sədri, general Stuart Piçlə görüşü keçirilib.

1486423
Hulusi Akar NATO Hərbi Komitəsinin sədri ilə görüşüb

Milli Müdafiə naziri Hulusi Akarın NATO  Hərbi Komitəsinin sədri, general Stuart Piçlə görüşü keçirilib.

Müdafiə Nazirliyindən  yayılan açıqlamada bildirlib ki, Stuart Piç Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Yaşar Gülərin dəvətilə Ankaraya gəlib.

O, Şərqi Aralıq dənizi mövzusunda NATO-nun Baş Katibi Yens Stoltenberqin dialoq çağırışını məmnuniyyətlə qarşıladığını, Şərqi Aralıq dənizi ilə həmsərhəd olan bütün ölkələrin  beynəlxalq hüquq, ikitərəfli razılaşmalar və mehriban qonşuluq münasibətlərini nəzərə almalarının tərəfdarı olduğunu deyib.

Hulusi Akar isə bildirib ki, Türkiyə Şimali Kıbrıs daxil mavi vətəndə hüquqlarını bu günə qədər necə qoruyubsa, bundan sonra da o şəkildə qoruyacaq. 

Nazir Türkiyənin NATO-dakı  öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam etdirəcəyini də deyib.



Әlaqәli Xәbәrlәr