Türkiyə Aralıq dənizinin şərqilə əlaqədar açıqlama verib

Türkiyə Aralıq dənizinin şərqindəki Türkiyəni və Kıbrıs Türkünü kənarda qoymağa cəhd göstərən hər təşəbbüsün uğursuzluqla nəticələnəcəyini bildirdi.

1479766

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransaya məxsus hərbi təyyarələrin Cənubi Kıbrıs Rum İdarəsi tərəfinə enməsi barədəki suala yazılı cavab verərək deyib:
"Fransız hərbi təyyarələrinin Cənubi Kıbrıs Rum İdarəsi tərəfinə enməsi və bu təyyarələrin müvəqqəti yaxud da daimi yerləşdirilməsi (Kıbrıslı Türk və Rum xalqlarına bərabər siyasi haq və status tanıyan) 1960 (Sürix və müqavilələrinə ziddir. Kıbrıs (Kipr) adasının zəmanətçisi olmayan Fransa bu mövqeyilə Aralıq dənizinin şərqindəki mövcud gərginlikdən məsul olan Rum-Yunun tərəflərini təhlükəli şəkildə gərginliyi daha da dərinləşdirmə istiqamətində təşviq edir. Bir daha xatırladırıq: Şərqi Aralıq dənizində Türkiyə və Kıbrıs Türkünü kənarda buraxmağa cəhd edən hər təşəbbüs uğursuz olacaq".

Әlaqәli Xәbәrlәr