Türkiyә prezidenti: ‘‘Yunanıstanın sözügedәn bölgәdә NAVTEX elan etmәklә bağlı haqqı yoxdur’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Yunanıstanın Şәrqi Aralıq dәnizindә Navtex elan etmәklә bağlı haqqının olmadığını söylәyib.

1478399

Nazirlәr Kabinetinin yığıncağından sonra bәyanatlar verәn Türkiyә prezidenti Yunanıstan ilә artan gәrginliyә münasibәt bildirib.

Yunanıstanın Navtex elan etmәsi ilә bağlı mәsәlәyә toxunan prezident Әrdoğan deyib: ‘‘Bundan sonra bölgәdә yaşana bilәcәk hәr gәrginliyin sәbәbkarı Yunanıstandır, zәrәr görәn dә yenә bu ölkәnin özü olacaq. Türkiyә nә ‘‘Oruç Reis’’ gәmisinin, nә dә ona müşayiәt edәn donanma ordusunun  fәaliyyәtlәrindәn geri addım atmayacaq, әksinә haqqını vә maraqlarını qorumaq mәsәlәsindә qәtiyyәtli şәkildә hәrәkәt edәcәk’’.

Әlaqәli Xәbәrlәr