Ərdoğan: "Türkiyə Qara dənizdə qaz yatağı kəşf etdi"

Prezident Rəcəb Tayyib Ərdoğan ictimaiyyətin səbirsizliklə gözlədiyi müjdəli xəbəri açıqladı.

1477006
Ərdoğan: "Türkiyə Qara dənizdə qaz yatağı kəşf etdi"

Prezident Rəcəb Tayyib Ərdoğan ictimaiyyətin səbirsizliklə gözlədiyi müjdəli xəbəri açıqladı.
İstanbul Dolmabahçedə  Çalışma Bürosundan muştuluğu verən Prezident Ərdoğan Türkiyənin tarixdəki ən böyük təbii qaz kəşfini Qara dənizdə reallaşdırdığını bəyan etdi. 
Ərdoğan ""Fatih" qazma gəmisinin iyulun 20-də başladığı kəşfiyyatda 320 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edib. Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir” deyib.
Ərdoğan "İndi dərhal yataqların aşkarlanması üçün quyular qazmağa başlayacağıq, sonra istehsal konsepsiyasını müəyyən edib, tikinti işlərinə start verəcəyik".



Әlaqәli Xәbәrlәr