Prezident: "Pandemiya hələ də nəzarət altındadır"

Ərdoğan son vaxtlar yoluxmaların qismən artması müşahidə olunsa da epidemiyanın hələ də nəzarət altında olduğunu bildirib.

1475765
Prezident: "Pandemiya hələ də nəzarət altındadır"

"Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası hələ də nəzarət altındadır".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada yerləşən sənaye parkında Kalyon Günəş Texnologiyaları fabrikinin açılış mərasimində etdiyi çıxışında deyib.
 Ərdoğan "Covid-19"un baş verməsi ilə əlaqədar olaraq, "Son vaxtlar yoluxmaların qismən artması müşahidə olunsa da epidemiya hələ də nəzarət altındadır" ifadələrini işlədib.
Prezident Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar isə deyib ki, bir əsr əvvəl bir millət olaraq Sevri (Müqaviləni) pozduğumuz kimi, bu gün də Şərqi Aralıq dənizində ölkəmizə tətbiq edilməyə çalışılan Sevrlərə baş əyməyəcəyik.
Ərdoğan Türkiyənin Aralıq dənizindən Liviyaya qədər fərqli cəbhələrdə apardığı mübarizənin yalnız haq mübarizəsi olmadığını, bir gələcək mübarizəsi olduğunu da söyləyib..
Rəcəb Tayyib Ərdoğan "(Şərqi Aralıq dənizi) Heç bir müstəmləkə güc ölkəmizi bu bölgədə mövcud olduğu təxmin edilən zəngin neft və təbii qaz ehtiyatlarından məhrum edə bilməz" deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr