"Misir ilə Yunanıstan arasında imzalanan müqavilənin heç bir əsası yoxdur", H.Akar

Türkiyə Liviyanın ərazi bütövlüyü, cəmiyyətin rifahı və təhlükəsizliyi uğrundakı səylərini davam etdirəcək.

1474894
"Misir ilə Yunanıstan arasında imzalanan müqavilənin heç bir əsası yoxdur", H.Akar

Türkiyə Liviyanın ərazi bütövlüyü, cəmiyyətin rifahı və təhlükəsizliyi uğrundakı səylərini davam etdirəcək.
Bunu Milli Müdafiə naziri Hulusi Akar avqustun 17-də Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə Liviyaya səfəri zamanı deyib.
Akar Liviyanın Baş naziri Fayiz es-Serrac, Daxili İşlər naziri Fethi Başağa və Liviya Ali Dövlət Şurasının sədri Xalid əl-Meşri ilə ayrı-ayrılıqda görüş görüş keçirib.
Nazir səfəri ilə əlaqədar jurnalistlərə açıqlama verib:
"Biz BMT-nin tanıdığı Milli Həmrəylik Hökumətinin dəvəti ilə buradayıq. Liviyalı qardaşlarımızla kədər və sevincdə birlikdə olmağa davam edəcəyik. Liviyanın ərazi bütövlüyü, xalqın təhlükəsizliyi və rifahı üçün əlimizdən gələn cəhdi davam etdirəcəyik. Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterin etdiklərinə baxın. Biz doğru tərəfdəyik. Liviyanın həm ərazi bütövlüyünü, həm də siyasi bütövlüyünü tanıyan bir hökuməti dəstəkləyirik. Xalqının rahatlıq, təhlükəsizlik və dinclik içində yaşamasına çalışırıq. Atəşkəsin davamlı olmasına çalışırıq. Hər kəs qarşı tərəfin nə etdiyini görür. Tarhunada nələr baş verir? Hər kəs şəhərdə nə baş verdiyini və kütləvi məzarların nə demək olduğunu bilməli və kimin dəstəklədiyini başa düşməlidir."
Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətinə də toxunan Akar "Şərqi Aralıq dənizində həm beynəlxalq, həm də Kıbrıslı qardaş və bacılarımızın hüquqlarını, qanunlarını, mənafelərini və maraqlarını qorumaq və nəzarət etmək üçün səylərimizi davam etdiririk" deyib.
Akar Yunanıstan və Misir arasındakı "məhdudlaşdırılmış iqtisadi bölgə" razılaşmasının əsassız olduğunu da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr