Mövlud Çavuşoğlu vә Mayk Pompeo Şәrqi Aralıq dәnizindәki son vәziyyәti müzakirә edәcәklәr

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu amerikalı hәmkarı Mayk Pompeo ilә Şәrqi Aralıq dәnizindәki proseslәri müzakirә edәcәk.

1473267

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, nazirlәr sabah Dominikan Respublikasında bir araya gәlәcәk vә Şәrqi Aralıq dәnizindә yaşanan son vәziyyәti qiymәtlәndirәcәk.

Dünәn Yunanıstan xarici işlәr naziri Nikos Dendias ilә görüşәn Mayk Pompeo Şәrqi Aralıq dәnizindәki gәrginliyin aradan qaldırılmasının әhәmiyyatini vurğulamışdı.

Mövlud Çavuşoğlu isә İsveçrәdә keçirdiyi mәtbuat konfransında Türkiyәnin bölgәdәki bütün mәsәlәlәrin dialoq vә sülh yolu ilә hәll edilmәsini istәdiyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr