Milli Müdafiə Nazirliyinin "Oruç Reis" kəşfiyyat-axtarış gəmisi ilə əlaqədar paylaşımı

"Oruç Rəis" seysmik araşdırma gəmisinə Türkiyə Hərbi Donanması tərəfindən təmin edilən müşayiət və qoruma missiyası ilk günkü əzm və eyni gəmilərlə davam edir.

1472601
Milli Müdafiə Nazirliyinin "Oruç Reis" kəşfiyyat-axtarış gəmisi ilə əlaqədar paylaşımı

Milli Müdafiə Nazirliyi (MMN) tərəfindən Şərqi Aralıq dənizində fəaliyyətə başlayan "Oruç Rəis" seysmik araşdırma gəmisinə Türkiyə Hərbi Donanması tərəfindən təmin edilən müşayiət və qoruma missiyasının ilk günkü əzm və eyni gəmilərlə davam etdiyi bildirilib.
Nazirliyin "Twitter" hesabından edilən şərhdə bu ifadələr yer alıb:
"Dənizdəki kontinental sahələrimizdəki hüquqlarımızın,  və maraqlarımızın ayrılmaz və əzmli qoruyucuları olan Türk Hərbi Donanması "Oruç Reis" kəşfiyyat-axtarış gəmimizi ilk gün kimi eyni gəmilərlə müşayiət etməyə və qorumağa davam edir".
Paylaşmada Şərqi Aralıq dənizində fəaliyyətə başlayan "Oruç Reis" gəmisi və onu müşayiət edən və qoruyan Türk Hərbi Donanmasının görüntüləri də yer alıb.



Әlaqәli Xәbәrlәr