‘‘Pәncә-Qaplan’’ әmәliyyatı zamanı yaralanan bir kәnd mühafizәçisi şәhid olub

İraqın şimalında terror tәşkilatının hәdәflәrinә qarşı aparılan ‘‘Pәncә-Qaplan’’ әmәliyyatı zamanı xәsarәt alan bir kәnd mühafizәçisi müalicә olunduğu xәstәxanada şәhid olub.

1471866

Şәhid olan kәnd mühafizәçisi avqustun 5-dәn etibarәn müalicә olunurdu.

Digәr tәrәfdәn Milli Müdafiә Nazirliyi ‘‘Fәrat qalxanı’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd göstәrәn separatçı terror tәşkilatı PKK/YPG-nin iki üzvünün zәrәrsizlәşdirildiyini bildirib.

Nazirlik hәmçinin ‘‘Zeytun budağı’’ әmәliyyatının keçirildiyi bölgәdә tәsbit edilәn 20 terrorçunun saxlanıldığını qeyd edib.

Daxili İşlәr Nazirliyi isә Hakkarinin Yüksekova qәsәbәsinin Alandüz bölgәsindә jandarm qüvvәlәrinin keçirdiyi әmәliyyat nәticәsindә 3 terrorçunun zәrәrsizlәşdirildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr