Türkiyədə antiterror əməliyyatları nəticəsində daha iki terrorçu zərərsizləşdirilib

Məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb

1469790
Türkiyədə antiterror əməliyyatları nəticəsində daha iki terrorçu zərərsizləşdirilib

 

  Türkiyədə həyata keçirilən davamlı antiterror əməliyyatları nəticəsində daha iki terrorçu məhv edilib.

  Məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, Mardin bölgəsində məhv edilən hər iki terrorçu silahlı olub.

  Milli Müdafiə Nazirliyi isə İraqın şimalında yerləşən PKK terrorçularının məqsədli şəkildə İraq-Türkiyə sərhədində yerləşən meşə zolaqlarında yanğın törətdiyinə dair videomaterial yayıb. Kadrlardan görünür ki, PKK terrorçuları meşəni yandıraraq alovun Türkiyə hərbi birliklərinin yerləşdiyi yerlərə tərəf yayılmasına çalışırlar. Görüntülər pilotsuz kəşfiyyat aparatları ilə çəkilib



Әlaqәli Xәbәrlәr