“Türkiyə səyahət edilə biləcək yaşıl ölkələrdən biridir”, D.Çilkott

Səfir sözügedən mövzu ilə bağlı deyib...

1466410
“Türkiyə səyahət edilə biləcək yaşıl ölkələrdən biridir”, D.Çilkott

 

  İngiltərənin Türkiyə səfiri Dominik Çilkott (Dominick Chilcott) ingilis turistlərin Türkiyədə tətil etməkdən məmnunluq duyduğunu dilə gətirdi.

  Səfir sözügedən mövzu ilə bağlı deyib: “İngiltərədən Türkiyəyə uçuşlar davam edir. İyun ayının sonunda İngiltərə hökuməti səyahət tövsiyəsini yenilədiyi zaman bir neçə dövlətin etibarlı olduğunu və vətəndaşlarının bu ölkələrə səyahət edə biləcəyinə dair qərar verdi. Bunlar yeni tip korona virusuna (Covid-19) nəzarət edə bilən ölkələrdir. Türkiyə də bu sıradadır, yəni gedilə biləcək yaşıl ölkələrdən biridir. Türkiyə səyahət tövsiyəmizdə öz yerini alır.

  Ölkələrdə “Covid-19” karantin tətbiqlərini nəzərdən keçirmişik. Türkiyəyə səyahət edən İngiltərə turistləri tətildən döndükdən sonra karantinə alınmayacaqlar. İngilislərin Türkiyəyə gəlmələri üçün qapılar açıqdır.

  Qeyd edim ki, İngiltərədən 15 iyuldan uçuşlar başlayıb. Antaliya və Muğlaya daha çox gəlirlər.

  İngiltərə turistləri Türkiyədə tətildən məmnundurlar. Bu günə qədər şikayət gəlməyib. Türkiyə turizm sektorunda xidmət səviyyəsi çox yüksəkdir."



Әlaqәli Xәbәrlәr