Rusiyadan Türkiyəyə uçuşlar bərpa edildi

Rusiyadan Türkiyəyə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə dayandırılan planlaşdırılmış uçuşlar bərpa edildi.

1465477
Rusiyadan Türkiyəyə uçuşlar bərpa edildi

Rusiyadan Türkiyəyə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə dayandırılan planlaşdırılmış uçuşlar bərpa edildi.
Rusiyanın paytaxtı Moskvadakı Vnukovo Hava Limanına gedən sərnişinlər Türk Hava Yolları (THY) təyyarələri üçün artıq biletlərini alıblar.
Əksəriyyəti Rusiya vətəndaşı olan sərnişinlərdən bəziləri İstanbul üzərindən Antalyaya tətil üçün getmək istədiklərini söyləyiblər.
Səhər radələrində THY-nin planlaşdırılan uçuşu ilə İstanbula gələn və əksəriyyəti Rusiya vətəndaşlarından ibarət sərnişinlər terminala aparılıblar.
Tempraturu yoxlanan sərnişinlərin əksəriyyətinin maska taxdığı müşahidə olunub.
Pasportları yoxlanan sərnişinlər yüklərini aldıqdan sonra hava limanından ayrılıblar.
Türkiyə ilə Rusiya arasındakı uçuşlar "Covid-19" epidemiyasına görə  mart ayında dayandırılıb.



Әlaqәli Xәbәrlәr