Milli Müdafiə naziri Hulusi Akar "Al Jaseera" telekanalına müsahibə verib

Milli Müdafiə naziri Hulusi Akar Liviya, Şərqi Aralıq dənizi, Ayasofya məscidinin açılışı və Azərbaycan-Ermənistan problemi kimi mövzularda açıqlamalar verib.

1465433
Milli Müdafiə naziri Hulusi Akar "Al Jaseera" telekanalına müsahibə verib

"Türkiyə hər zaman Liviyanın ərazi bütövlüyündən tərəf olacaqdır".
Bunu Milli Müdafiə naziri Hulusi Akar "Al Jaseera" Ərəb telekanalına verdiyi müsahibədə deyib.
Akar Liviya, Şərqi Aralıq dənizi, Ayasofya məscidinin açılışı və Azərbaycan-Ermənistan problemi kimi mövzularda açıqlamalar verib.
Liviyanın ərazi bütövlüyünü vurğulayan Akar "Biz Birləşmiş Millətlər tərəfindən tanınan qanuni Milli Həmrəylik Hökumətinin Prezidenti cənab Fayiz Serracın yazdığı dəvətnamə əsasında ordayıq. 500 illik qardaşlığımızın və sədaqətimizin tələbi olaraq ehtiyacı olan liviyalı qardaşlarımıza kömək etmək üçün bu ölkədəyik. Liviyada gördüyümüz işlər hərbi təhsil, əməkdaşlıq və həmrəylik və müşavirlikdən ibarətdir" deyib.
Şərqi Aralıq dənizindəki problemlərin dinc yolla həllini müdafiə edən nazir Akar "Biz Egeydə, Şərqi Aralıq dənizində və Kıbrısdakı bütün problemlərin sülh yolu ilə həllini dəstəkləyirik. Yaxşı qonşuluq münasibətləri, beynəlxalq qanunları və qarşılıqlı dialoqu əsas götürürük. Dəfələrlə demişik ki, maraqlarımızdan heç bir şəkildə imtina etməyəcəyik. Bu bir təhdid deyil, mövcud vəziyyətin təyin edilməsidir. Problemlərimizi danışıqlar yolu ilə, sülh yolu ilə həll etmək istədiyimizi söyləyirik" ifadələrindən istifadə edib.
Akar Azərbaycan-Ermənistan probleminə də toxunaraqi "İndi hər şeydən əvvəl bunu yaxşı bildirmək, vurğulamaq lazımdır; Azərbaycan Türkü bizim qardaşımızdır. Həmişə deyirik, iki dövlət bir millətik. Biz kədərdə də, qürurda da birliktəyik. Bu iyulun 16-da Dağlıq Qarabağın xaricindəki Tovuz rayonundakı təxribatı görmək lazımdır. Azərbaycan torpaqlarının 20 faizinin 30 ildir heç bir legitimliyi olmadan Ermənistanın işğalı altında olduğunu da eləcə. Bunu hər kəs bilməlidir. Buna görə də azərbaycanlı qardaşlarımızın bu mübarizəsində biz onların yanındayıq." deyib.
Ayasofyanın ibadət üçün açılmasını da qiymətləndirən nazir Akar "Türkiyədə suveren, müstəqil və özündən arxayın bir dövlət, özünün siyasətini özü planlaydıran bir dövlət və buna görə dövlətimizin  aidiyyəti qurumları və Prezidentimizin bu mövzuda qərar vermələrilə Ayasofya məscid olaraq açılmışdır. Bu, heç vaxt qeyri-adi bir şey deyil. Burası bütün insanlar üçün açıq, Müsəlmanlara, digər İslam aləminə açıq olduğu kimi qeyri-müsəlmanların da gəlmələrinə, gəzmələrinə, baxmalarına heç bir maneə yoxdur. Bu mövzuda tət söz sahibi Türkiyə Cümhuriyyəti Dövlətidir. Bu Türkiyə Cümhuriyyətinin qərarıdır və hər kəs buna hörmətlə yanaşmalıdır" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr