Üç terrorçu nəzarətə alınıb, daha bir terrorçu təslim olub

Suriyada Zeytun Budağı əməliyyatının keçirildiyi  bölgəyə hücum etməyə hazırlaşan PKK/YPG mənsubu 3 terrorçu nəzarətə alınıb.

1463964
Üç terrorçu nəzarətə alınıb, daha bir terrorçu təslim olub

Suriyada Zeytun Budağı əməliyyatının keçirildiyi  bölgəyə hücum etməyə hazırlaşan PKK/YPG mənsubu 3 terrorçu nəzarətə alınıb. 
Milli Müdafiə Nazirliyinin (MSB) "Twitter" hesabında yer alan məlumatda "Zeytun Budağı əməliyyatı bölgəsində dinclik və təhlükəsizlik mühitini pozmaq üçün terror fəaliyyətləri göstərən 3 PKK/YPG terrorçusu xain əməllərini reallaşdırmadan nəzarətə alındı" deyilib. 
Daxili İşlər Nazirliyi terror təşkilatı PKK-da dağılma prosesinin davam etdiyini və qaneedici səylər nəticəsində başqa bir terrorçunun təslim olduğunu bildirib.
Nazirlik tərəfindən yayılan məlumatda Polis Bölməsi Müdirliyi tərəfindən davam etdirilən qaneedici səylər nəticəsində daha bir terrorçunun təslim olduğu bildirilib.
Son olaraq Suriyada fəaliyyət göstərdiyi aşkarlanan terror təşkilatı üzvlərinin təslim olması ilə 1 yanvar tarixindən bəridir terror təşkilatından qaçaraq sadəcə qanedici səylər nəticəsində təslim olan terrorçuların sayının 117-yə yüksəldildiyi vurğulanıb.
Açıqlamada Daxili İşlər Nazirliyinin koordinatorluğu ilə aparılan uğurlu qaneedici səylər sayəsində terror təşkilatından təslim olanların sayının yaxın günlərdə artmağa davam edəcəyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr