Ərdoğan: "Heç vaxt dağıtmağın, məhv etməyin arxasınca getmədik".

Prezident Rəcəb Tayyib Ərdoğan Sumela monastırının və Trabzon Ayasofya məscidinin 2. mərhələ açılış mərasimində iştirak edib.

1463427
Ərdoğan: "Heç vaxt dağıtmağın, məhv etməyin arxasınca getmədik".

"Heç vaxt dağıtmağın və məhv etməyin arxasınca getmədik".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan Sumela monastırının və Trabzon Ayasofya məscidinin 2. mərhələ açılış mərasimində canlı bağlantı ilə iştirakında deyib.
Ərdoğan çıxışında "Başqa inancların simvollarını hədəf alan bir millət olsaydıq, 5 əsrdir bizim olan Sumela monastırının yerində yellər əsərdi" ifadəsini işlədib. Prezident Ərdoğan Sumela monastırı ilə əlaqədar deyib:
"Türkiyə ərazilərində hər növ mədəniyyət irsinə necə yiyə durduğumuzun konkret nümunəsi olan bu fəaliyyəti tənqid edənlərin diqqətinə çatdırırıq".
Ərdoğan Ayasofya məscidinə də toxunaraq deyib:
"İnanırıq ki, bu böyük məbədə yiyə durduğumuz, qoruduğumuz və yaşatdığımız üçün təşəkkürü haqq edirik. Özümüz və dostlarımız üçün siyasi, iqtisadi, hərbi, diplomatik baxımdan hər hansı bir sahədə lazım olan hər cür mübarizəni verməkdə kiçik bir tərəddüdümüz olmaz".



Әlaqәli Xәbәrlәr