"Yeni diriliş mücadiləsi veririk: böyük və güclü Türkiyə inşa edirik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azanımıza, bayrağımıza, vətənimizə kimsənin əl uzatmasına icazə verməyəcəyik" dedi.

1462823
"Yeni diriliş mücadiləsi veririk: böyük və güclü Türkiyə inşa edirik", R.T.Ərdoğan

 

  Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) kabinet iclasından sonra təşkil edilən mətbuat konfransında Ərdoğan deyib: “Artıq hər sahədə öz gücünü görən bir Türkiyə var. Bizim kimsənin haqqında, torpağında, zənginliyində gözümüz yoxdur. Tək arzumuz öz haqqımızı, hüququmuzu və marağımızı qorumaqdır.  

  Müzakirə və ədalətli razılaşmalar yoluyla həll edilə biləcək məsələlərdə ölkəmizi kənarlaşdırmağa çalışanlar eyni cavabları qarşılarında görəcəklərini bilməlidir.

  Dövlətlər və cəmiyyətlər arasındakı mübarizə dəyişdi. Siyasi, iqtisadi, hərbi hər cür rəqabətin dəyişən dilində həm masada, həm meydanda mübarizə aparırıq.

  Ayasofyanın yenidən ibadətə açılması Türkiyənin suverenlik haqqlarını istifadə etməkdə qərarlığınının hələlik son nümunələrindəndir. Buranın məsciddən muzeyə necə döndüyündən danışmıram. İndi isə Ayasofyanın sıravi bir muzey əvəzinə quruluş məqsədinə uyğun ibadətxana olaraq istifadə edilməsinin hər inancdan olan adamı xoşbəxt etdiyinə inanırıq.

  Bu gün yenidən and içirik ki, azanımıza, bayrağımıza, vətənimizə kimsənin əl uzatmasına icazə verməyəcəyik.

  Türkiyə yeni diriliş mücadiləsi verir. Böyük və güclü Türkiyəni inşa edirik".



Әlaqәli Xәbәrlәr