Türkiyə - Rusiya uçuşları 1 avqustdan başlayır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Rusiya ilə uçuşların 1 avqustdan Ankara və İstanbul, 10 avqustdan isə tətil bölgələri - Antaliya, Bodrum və Dalamana reallaşdırılacağını açıqlayıb

1462707
Türkiyə - Rusiya uçuşları 1 avqustdan başlayır
Rusiya - Türkiyə təyyarələri.jpeg

 

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Rusiya ilə uçuşların 1 avqustdan Ankara və İstanbul, 10 avqustdan isə tətil bölgələri - Antaliya, Bodrum və Dalamana reallaşdırılacağını açıqlayıb. Nazir bildirib: “İki ölkə arasında aparılan danışıqlar çərçivəsində Rusiya beynəlxalq uçuşlara 1 avqustdan başlayır. İlkin mərhələdə Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərləri ilə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında səfərlər reallaşdırılacaq. Rusiya ilə Türkiyənin tətil bölgələri havalimanlarına uçuşlar isə 10 avqustdan başlayacaq. Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərlərindən Türkiyənin Antaliya, Bodrum və Dalaman şəhərlərinə tarifli və çarter uçuşları olacaq.

  Rusiya ilə Türkiyə arasında uçuşların başlanmasını hər iki ölkə səbirsizliklə gözləyir.

  Rusiyaya gedən sərnişinlər ən gec 3 gün əvvəldən PCR metoduyla “Covid-19” testindən keçməlidir. Onlar həm də ingilis və ya rusca anket doldurmalıdır. Mənfi PCR testini təsdiq edən hər hansı bir sənəd olmadan təyyarəyə minməyə icazə verilməyəcək.

  1 avqustdan Türkiyə Rusiyadan başqa Küveyt, Hindistan və Cənubi Afrika uçuşlarına da başlayacaq. Epidemiyanın vəziyyətinə görə Tunis, Əlcəzair, Misir, Qırğızıstan, İraq, Keniya və Özbəkistan uçuşları da başlanma sırasındadır.”



Әlaqәli Xәbәrlәr