"Tarixi mübarizədə kəşfiyyat kilid silahdır", R.T.Ərdoğan

Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul yeni xidmət binasının açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib...

1462098
"Tarixi mübarizədə kəşfiyyat kilid silahdır", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun türk millətinin və müsəlmanların əlində olmasını qəbul edə bilməyənlərə səsləndi.  

  Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul yeni xidmət binasının açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan dedi: "Fəthin üzərindən əsrlər keçməsinə baxmayaraq, hələ İstanbulun türk millətinin və müsəlmanların olduğunu qəbul edə bilmədiklərini görürük.

  Türkiyənin atdığı hər addım, gördüyü hər iş bütün dünyanın diqqətini çəkir.

  Ayasofyanın ibadətə açılması zamanı da İstanbulun 1453-cü ildən bəri türk torpağı mənsubluğunu həzm etməyə çətinlik çəkdiklərinin şahidi olduq”.

  Ərdoğan daha sonra tədbirinin keçirildiyi Milli Kəşfiyyat Təşkilatının Liviyadakı fəaliyyətinə toxunaraq bunları söyləyib: “Liviyada siyasi həll yerinə hərbi seçən qiyamçı Hafterin dayandırılmasında MİT-in istihbaratı və operativ dəstəyi oyundəyişdirici rola malik oldu. Xarici kəşfiyyat sahəsi genişləndikcə təsir dairəmiz ölkəmizin yerini bütün platformalarda regional və qlobal güc olaraq göstərir.

  Kəşfiyyatı olmayan dövlət və millət məhvə məhkumdur.

  Türkiyənin qarşı-qarşıya qaldığı təhdidləri aradan götürmək üçün təsirli və koordinasiyalı güclü milli təhlükəsizlik sistemimiz var və inkişaf edir. Milli Kəşfiyyat Təşkilatımız artıq kriptoloji, kiber, peyk, siqnal kəşfiyyatı sahələri üzrə dünya miqyasında işlərə imza atıb. Böyük və güclü Türkiyə yolunda aparılan tarixi mübarizədə kəşfiyyat kilid silahdır və belə olmağa da davam edəcək.”



Әlaqәli Xәbәrlәr