Çanaqqala sahillәrindә 28 qaçqın xilas edilib
Yunanıstan sahil mühafizə dəstələri tərəfindən Türkiyə sularına itilən 28 qaçqın xilas edilib.
1461522

Çanaqqalanın Ayvacık qәsәbәsı yaxınlığında Yunanıstan sahil mühafizə dəstələri tərəfindən Türkiyə sularına itilən 28 qaçqın xilas edilib.
Mәlumata görә, qaçqınlar rezin qayıqla Yunanıstanın Midilli adasına keçmәyә cәhd göstәrib. Qaçqınlar bölgәyә cәlb olunan Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.
Küçükkuyu bölgәsindәki sahil mühafizә bölmәsinә gәtirilәn qaçqınlara әrzaq vә paltar paylanıb.Onlar daha sonra Miqrasiya İdarәsinә aparılıblar.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 165 ölüm faktı qeydə alınıb.