Seneqal-Türkiyə təhsil əməkdaşlıq protokolu imzalandı

Seneqalda Türkiyə Maarif Fondu (Türkiye Maarif Vakfı (TMV) ilə ordu arasında təhsil əməkdaşlıq protokolu imzalandı. Paytaxt Dakarda mərasimlə imzalanan razılaşma çərçivəsində Seneqal ordu mənsublarının uşaqlarına TMV məktəblərində təhsil endirimi təmi

1460874
Seneqal-Türkiyə təhsil əməkdaşlıq protokolu imzalandı

 

  Seneqalda Türkiyə Maarif Fondu (Türkiye Maarif Vakfı (TMV) ilə ordu arasında təhsil əməkdaşlıq protokolu imzalandı.

  Paytaxt Dakarda mərasimlə imzalanan razılaşma çərçivəsində Seneqal ordu mənsublarının uşaqlarına TMV məktəblərində təhsil endirimi təmin ediləcək və məzun olduqdan sonra Türkiyə universitetlərində təhsillərini davam etdirə biləcəklər.

  TMV məktəbliləri, eyni zamanda Seneqal ordusuna aid ictimai mərkəz və xidmət vasitələrindən faydalanacaq.

  Seneqal baş qərargah rəisi general Briam Diop (Briame Diop) mövzuyla bağlı Türkiyə Maarif Fonduna təşəkkür məktubu göndərib.



Әlaqәli Xәbәrlәr