Ayasofya məscidinin 86 il sonra yenidən ibadətə açılması

Mərasim Diyanət İşləri İdarəsi tərəfindən təşkil edilən dua proqramı ilə başlayıb

1461055
Ayasofya məscidinin 86 il sonra yenidən ibadətə açılması
ayasofya vatandaslar1.jpg
ayasofya vatandaslar.jpg
ayasofya camisi.jpg

 

  Ayasofya məscidi 24 iyulda qılınacaq cümə namazı ilə 86 il sonra yenidən ibadətə açılır.

  Mərasim Diyanət İşləri İdarəsi tərəfindən təşkil edilən dua proqramı ilə başlayıb. Quran surələri və sela oxunduqdan sonra proqram Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaşın duasıyla sona çatacaq.

  Ayasofya Kəbir məscidində ilk namazı qılmaq istəyən vətəndaşlar sübh saatlarından meydana doğru axışıb.

  Dövlət səlahiyyətliləri yeni tip korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar vətəndaşların əllərinə dizenfeksiya kremləri sıxdıqdan sonra temperaturlarını ölçür, tibbi maska və təkistifadəlik səccadə verirlər.

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin iştirakının gözlənildiyi açılış mərasiminə çox sayda yerli və xarici turist gəlib.

  Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bölgəyə polis qrupları da sövq edilib.



Әlaqәli Xәbәrlәr