Milli Təhlükəsizlik Şurasının toplantısında Ermənistanın Azərbaycana hücumları qınandı

İyulun 22-də prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısından sonra açıqlama verildi.

1460130
Milli Təhlükəsizlik Şurasının toplantısında Ermənistanın Azərbaycana hücumları qınandı

Xaricdəki terror ünsürlərinə qarşı qətiyyətli mübarizə davam edəcək.
Bu barədə iyulun 22-də prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısından sonra yayılan açıqlamada bildirilib.
Qeyd olunub ki, sərhədlərdən kənarda terror ünsürlərinə qarşı mübarizə beynəlxalq hüquqa əsaslanan haqlar çərçivəsində davam etdiriləcək.
Açıqlamada "Azərbaycan torpaqlarının qanunsuz işğalının illərdir davam etdiyi, Ermənistanın sülhü pozan və beynəlxalq təşkilatların qətnamələrini heçə sayan hücumlarının şiddətlə qınandığı və Türkiyənin qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olacağı qeyd edilib.
Açıqlamada Kıbrısda sülh və sabitlik mühitinə zərər verə biləcək cəhdlərə heç bir halda icazə verilməyəcəyi bildirilərək, "Şərqi Aralıq dənizində beynəlxalq hüquqa əsaslanan haqlarımızın və maraqlarımızın qorunması barədə qətiyyətli olduğumuz vurğulanmışdır" deyilib.
Açıqlamada ayrıca bildirilib ki, Türkiyə hər növ zorakılığa qarşı Liviya xalqının yanında olmağa davam edəcək.

Açıqlamada o da qeyd olunub ki, dünyadakı siyasi və iqtisadi vəziyyət yeni formada nizamlanır. Bu çərçivədə Türkiyə bütün sahələrdə güclü hazırlıq həyata keçirmək üçün zəruri olan mexanizmlər yaratmalıdır.



Әlaqәli Xәbәrlәr