Fәxrәddin Altun Milli Tәhlüsәsizlik Şurasının toplantısını qiymәtlәndirib

Fəxrəddin Altun: "Türkiyə Azərbaycandakı qardaşlarına edilən hər cür hədsiz hücumu susdurmaqdan imtina etməyəcək".

1460161
Fәxrәddin Altun Milli Tәhlüsәsizlik Şurasının toplantısını qiymәtlәndirib

"Bu coğrafiyada Türkiyəyə rəğmən əldə ediləcək heç bir qazanc yoxdur".
Bunu Türkiyә Prezident Aparatı Mәtbuat Xidmәtinin rәhbәri Fәxrәddin Altun "Twitter" səhifəsində yazıb.
Fəxrəddin Altun şərhində Liviyadan Suriyaya, İraqdan Azərbaycana və Aralıq dənizinə qədər bölgəyə aid bütün mövzuların iyulun 22-də keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunduğunu və milli mövcudluğun davamı üçün təhlükəsizlik siyasətlərindəki güzəştə gedilməyən mövqeyin bir daha ortaya qoyulduğunu bildirib.
Türkiyə Cümhuriyyəti Dövlətinin sadəcə öz sərhədlərindən ibarət olmadığını vurğulayan Altun Türkiyənin Balkanlardan Orta Asiyaya, Körfəzdən Cəbəli-Tariqə qədər çox geniş bir coğrafiyadan başlayaraq bütün könül coğrafiyasında dincliyin hakim olmasında qətiyyətli olduğunu bildirib.
Fəxrəddin Altun Türkiyənin dünyanın müxtəlif bölgələrində millətin suveren hüquqları əleyhinə qurulan tərəfdaşlıqların idrakında olduğuna və  bu zülm nizamına son qoyacaq addımlar atmaqdan imtina etməyəcəyinə diqqət çəkərək deyib:
"İllərdir qətiyyətli şəkildə davam etdirdiyimiz, mərkəzində insanın olduğu təhlükəsizlik və xarici siyasətimiz qarşılığı nə olarsa olsun davam edəcək, gec ya da tez bütün tərəflər Türkiyənin getdiyi istiqamətə üz tutacaqdır. Türkiyənin ən böyük gücü ədalətdən və həqiqətdən tərəf olmasıdır. Hər kəs bu həqiqəti yaxşı bilməlidir ki, Türkiyə Azərbaycandakı qardaşlarına edilən hər cür hədsiz hücumu susdurmaqdan imtina etməyəcəkdir. Kıbrısda da Adanın dinclik və təhlükəsizliyinə xələl gətirməyə istiqamətli hər cəhdi puça çıxaracaq".
Prezident Aparatı Mәtbuat Xidmәtinin rәhbәri Fәxrәddin Altun Türkiyə Cümhuriyyətinin PKK/PYD və DEAŞ terror təşkilatlarını məğlub etdiyi kimi Liviyadakı qanuni hökumətin qarşısında qeyri-qanuni cəbhəni də yerlə-yeksan edəcək güc və qüdrətə sahib olduğunu vurğulayıb:
 "Bölgəmizdən Aralıq dənizinin ən uc nöqtələrinə qədər Türkiyəyə rəğmən heç bir layihə və təşəbbüs uğurlu ola bilməz. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın başçılığında Türkiyə Cümhuriyyəti Dövləti tarixdən götürdüyü sarsılmaz güc və inam könülləri qazanmağa, bölgəmizdə qurulmuş şər ocaqlarını bu torpaqlardan çıxarmağa son dərəcə qətiyyətlidir".



Әlaqәli Xәbәrlәr