Prezident Ərdoğan Ayasofya əsərinin klipini paylaşıb

Ayasofya məscidi iyulun 24-də cümə günü ibadətə açılır.

1460002
Prezident Ərdoğan Ayasofya əsərinin klipini paylaşıb

Ayasofya məscidi iyulun 24-də cümə günü ibadətə açılır.

Məsciddə ilk namaz üçün hazırlıqlar davam etdiyi bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğan bir paylaşım edib.

Prezident özünün "Twitter" hesabından sözləri və musiqisi Yücəl Arzenə məxsus olan Ayasofya əsərinin klipini paylaşıb. Klipdə əsəri fərqli ölkələrdən olan sənətçilər səsləndirib. Qırğız, Bosniya, Alban, Azərbaycan, kürd, suahili, ərəb, benqal dilində ve Yücəl Arzenin Türkcə səsləndirdiyi əsərin klipi və sözləri böyük marağa səbəb olub.

Prezident paylaşmasında "Ayasofya...Küləklər əssin qübbəndə hürriyyətin. Ta əzəldən sən bizimsən, biz də sənin" ifadələrini işlədib.

Dövlət Şurası 10-cu dairəsinin iyulun 10-da verdiyi qərara görə, Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934- cü il tarixli Nazirlər Kabinetinin qərarı ləğv edilərək Ayasofya məscid olaraq ibadətə açılmışdır. Dövlət Şurasının əsasnaməsində Ayasofyanın Fatih Sultan Mehmet Xan Vəqfinin mülkiyyətində olduğu, məscid olaraq xalqın xidmətinə verildiyi vurğulanır.

Əsasnamədə "Vəqf sənədində məscid kimi istifadəsindən başqa digər spesifik məqsədlər üçün istifadəsinin hüquqi cəhətdən mümkün olmadığı nəticəsinə gəlinmişdir" deyilir.



Әlaqәli Xәbәrlәr