Türkiyәdә ‘‘Covid-19’’la bağlı son vәziyyәt (19 iyul)

Gündəlik yoluxma halı sayı 6 gündür mindən aşağıdır.

1457905
Türkiyәdә ‘‘Covid-19’’la bağlı son vәziyyәt (19 iyul)

  Türkiyənin yeni tip koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 16 can itkisi qeydə alınıb. Bununla epidemiya başlanandan bəri həyatını itirənlərin sayı 5491 nəfər olub.

  Bir gündə 41 min 310 test edilərək 924 yeni diaqnoz qoyulub.

  Xəstəxanadan buraxılan 997 adamla sağalanların sayı 202 min 10-a yüksəlib.



Әlaqәli Xәbәrlәr