Türkiyənin yerli və milli robotu "Kutlu" Liviyada silahdan zərərsizləşdirilmə əməliyyatlarında

Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabından verilən məlumata görə

1457734
Türkiyənin yerli və milli robotu "Kutlu" Liviyada silahdan zərərsizləşdirilmə əməliyyatlarında

 

  Türkiyənin yerli və milli robotu TMR-2 (Kutlu) Liviyanın paytaxtı Trablusda mina (EYP) və sursatların zərərsizləşdirilmə əməliyyatlarında istifadə edilir.

  Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabından verilən məlumata görə, uzaqdan və təhlükəsiz müdaxilə imkanı verən yerli və milli robot TMR-2 mina, partlayıcı maddə axtarış-arama və məhvetmə (EOD) qruplarının Liviyada icra etdiyi zərərsizləşdirmə əməliyyatlarında təsirli şəkildə istifadə olunur.

  Türkiyə milli robotuyla bağlı görüntülərin də paylaşıldığı videoda bir Türkiyə əsgəri tərəfindən uzaqdan əmrlə idarə edilən TMR-2-nin EYP və sursatları zərərsizləşdirdiyi anlar yer alır.  



Әlaqәli Xәbәrlәr