TBMM ortaq bəyanat yayaraq Ermənistanı qınadı

TBMM ortaq bəyanatı oxunduqdan sonra məclisin salonunda olan millət vəkilləri alqışlarla Azərbaycana dəstəyini ifadə edib

1456748
TBMM ortaq bəyanat yayaraq Ermənistanı qınadı

 

  Ədalət və İnkişaf Partiyası (AK Partiya), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkət Partiyası (MHP), İYİ Partiya və Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrupları ortaq bəyanat yayaraq Ermənistanın Azərbaycana hücumunu qınadı.

  Türkiyə Böyük Millət Məclisinin sədr müavini Süreyya Sədi Bilgiç iclasda Ermənistanın Azərbaycana qarşı hücumları ilə bağlı AK Partiya, CHP, MHP və İYİ Partiya sədr və vəkillərinin imzasını daşıyan ortaq bəyanatı oxuyub.

  Bəyanatda yazılır: "Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz bölgəsinə hücumlarını kəskin şəkildə qınayırıq.

  Ermənistan yanlış yoldadır. Azərbaycan torpağı Yuxarı Qarabağ və ətrafındakı bölgələri illərdən bəri işğal altında saxlayan Ermənistanın bilinən təcavüzkar davranışına əlavə olan bu hücumlar Cənubi Qafqazda qalıcı barış və sabitliyin önündə ən böyük maneədir.

  Ermənistanın haqq və hüququ heçə sayan bu hərəkətləri qarşısında beynəlxalq cəmiyyəti lazım olan reaksiyanı göstərməyə çağırırıq. Yuxarı Qarabağ ixtilafının Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və torpaq bütövlüyü çərçivəsində sülhsevər yollarla həll edilməsinə dəstəyimizi təkrar edirik.

  Ermənistan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT-in qərarlarına uyğun olmalı və işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.

  “İki dövlət, tək millət” anlayışıyla daim dinclik və sabitliyin müdafiəçisi olan Türkiyə bundan sonra da bütün imkanlarıyla torpaq bütövlüyünü yenidən bərpaetmə səylərində Azərbaycanın yanında olmağa davam edəcək.

  Azərbaycanlı şəhidlərimiz üçün dost və qardaş Azərbaycan xalqı və hökumətinə başsağlıqılarımızı çatdırır, yaralılara şəfa diləyirik."

  TBMM ortaq bəyanatı oxunduqdan sonra məclisin salonunda olan millət vəkilləri alqışlarla Azərbaycana dəstəyini ifadə edib.



Әlaqәli Xәbәrlәr