MİKTA-nın 17-ci Nazirlər Yığıncağı keçirildi

Videokonfrans yoluyla təşkil edilən toplantı ilə bağlı “twitter”dən məlumat verən M.Çavuşoğlu yazıb

1457016
MİKTA-nın 17-ci Nazirlər Yığıncağı keçirildi

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə, İndoneziya, Cənubi Koreya, Meksika və Avstraliyanın bir araya gəlməsiylə qurulan MİKTA-nın 17-ci Nazirlər Yığıncağında iştirak edib.

  Videokonfrans yoluyla təşkil edilən toplantı ilə bağlı “twitter”dən məlumat verən M.Çavuşoğlu yazıb: "Yığıncaqda yeni tip korona virusunun (Covid-19) gətirib çıxardığı sınamalarla birlikdə daha necə təsirli mübarizə edəcəyimizi, normallaşma dövründə MİKTA-nı daha necə irəli apara biləcəyimizi müzakirə etdik."

  MİKTA-nın 17-ci Nazirlər Yığıncağında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İndoneziyanın xarici işlər naziri Retno Marsudi, Cənubi Koreyanın xarici işlər naziri Kanq Keunq-va (Kang Keung-wha), Meksikanın xarici işlər naziri Marselo Ebrard (Marcelo Ebrard) və Avstraliyanın xarici işlər naziri Maris Peyn (Marise Payne) iştirak ediblər.



Әlaqәli Xәbәrlәr