"Türkiyə Silahlı Qüvvələri olaraq Azərbaycan üçün nə lazımdırsa, edəcəyik", H.Akar

Ermənistanın Azərbaycan ordusuna qarşı hücumlarının gündəmdə olduğu bir dövrdə Hulusi Akar Azərbaycan müdafiə nazirinin müavini və hava qüvvələri komandiri Ramiz Tahirov və heyətini Türkiyə Milli Müdafiə Nazirliyində qəbul edib

1456421
"Türkiyə Silahlı Qüvvələri olaraq Azərbaycan üçün nə lazımdırsa, edəcəyik", H.Akar
akar tahirov.jpg

 

  Türkiyə milli müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycana hücumlarını qınayaraq “Açdıqları kumpasın altında qalacaq, boğulacaq və etdiklərinin hesabını mütləq ödəyəcəklər" dedi.

  Ermənistanın Azərbaycan ordusuna qarşı hücumlarının gündəmdə olduğu bir dövrdə Hulusi Akar Azərbaycan müdafiə nazirinin müavini və hava qüvvələri komandiri Ramiz Tahirov və heyətini Türkiyə Milli Müdafiə Nazirliyində qəbul edib.

  Türkiyənin baş qərargah rəisi general Yaşar Gülerlə yanaşı quru qüvvələri komandiri general Ümit Dündar, hava qüvvələri komandiri general Həsən Küçükakyüz və dəniz donanması komandiri admiral Adnan Özbalın da iştirak etdiyi görüşün əvvəlində H.Akar son günlər baş verən prosesləri ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan müdafiə naziri Zakir Həsənov kimi izlədiyini nəzərə çatdıraraq bildirib: “Baş verənlərlə bağlı nə lazımsa, ediləcək. Azərbaycanın Tovuz bölgəsinə edilən alçaq hücumu kəskin şəkildə qınayırıq. Azərbaycan türkünün ağrısı bizim ağrımızdır. Orada yaşadığınız hər cür çətinliyin burada çox dərindən hiss edildiyini hamınızın bilməsini istəyirəm”.

  Türkiyə müdafiə naziri Azərbaycan sərhədləri və xalqının təhlükəsizliyi üçün mübarizə apararkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarına şəfa diləyərək deyib: "Azərbaycanlı qardaşlarımızın qanlarını yerdə qoymayağımıza əmin olun. Qarabağın işğalının qəbuledilməz olduğunu hər platformada söylədik və söyləyəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların mübarizəsində onlarla birlikdə olduğumuzu, hörmətli prezidentimiz başda olmaqla, Türkiyədə əsgərdən vətəndaşa - hər kəs ifadə edir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Biz həqiqətən “İki dövlət, bir millət”ik. Dilimik, dinimiz, tariximiz, anlayışımız birdir. Sevinc və kədərdə birik. Hörmətli prezidentimizin ilk andan ifadə etdiyi kimi, “Bu, həqiqətən ermənilərin boyunu aşan bir cəhddir”. Onlar açdıqları kumpasın altında qalacaq, boğulacaq və etdiklərinin hesabını mütləq ödəyəcəklər.

  Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq, birlik və bərabərlik bizim üçün çox əhəmiyyətlidir.

  Azərbaycanlı qardaşlarımıza qarşı bundan əvvəl necə olduqsa, bundan sonra da belə davam edəcəyik.

  Azərbaycanlı gardaşlarımızla bir və bərabərik, ağrılarını ürəyimizlə duyuruq. Biz Türkiyə cümhuriyyəti dövləti olaraq, Türkiyə Silahlı Qüvvələri olaraq nə etməmiz lazımdırsa, edəcəyik. Buna heç kimin şübhəsi olmasın."



Әlaqәli Xәbәrlәr