İbrahim Kalın 15 iyul hadisələrinin mahiyyətindən danışdı

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın 15 İyul çevriliş cəhdinin 4-cü ilində ölkənin demokratiya və azadlığını qorumaq üçün daha möhkəm olduğunu vurğuladı

1455514
İbrahim Kalın 15 iyul hadisələrinin mahiyyətindən danışdı

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın 15 İyul çevriliş cəhdinin 4-cü ilində ölkənin demokratiya və azadlığını qorumaq üçün daha möhkəm olduğunu vurğuladı.

  İ.Kalın 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə etdiyi şərhdə bildirib: “Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə hüququn üstünlüyü və konstitusiya haqq və azadlıqların qorunması prinsipləri güdülərək dövlət içindəki qruplaşmanın deşifrə edilərək, mənsubları mühakimə olunaraq, müstəqil məhkəmələr qarşısına çıxarılaraq hesab soruşulması ilə davam edir.

  İmperiya qüvvələrinin vasitəçiliyinə alət olan, din və təhsil adı altında gizlənən FETÖ məqsədlərinə çata bilmədi. Millət bu mübarizədən güclənərək çıxdı.

  Türkiyənin başına bir daha belə bir müsibətin gəlməməsi üçün birlik və bərabərlik içində işimizə davam edəcəyik.

  Türkiyə Silahlı Qüvvələrinin (TSQ) içərisində yuva qurmuş FETÖ xain qrupunun başladığı çevriliş cəhdi əsnasında Prezident Aparatı (Cumhurbaşkanlığı), Türkiyə Böyük Millət Məclisi, bir çox qurum və bütövlükdə vətən torpağı hücum və işğala uğradı.

  Xain qiyamçılar o gecə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ailəsini hədəf alaraq sui-qəsd cəhdi də törətdilər.  

  Ölkə başçısımızın çağırışı ilə xalqımız çevriliş cəhdinə mane olmaq üçün küçələrə çıxdı. F-16-lar, tanklar və ağır silahlar açılması qarşısında misli görünməmiş bir müqavimət və qəhrəmanlıq nümunəsi göstərdilər. Canları bahasına bu qanlı çevrilişi püskürtməyi bacardılar.

  O gecə 251 günahsız vətəndaşımız qiyamçıların xain güllələriylə şəhid edildi, 2194 vətəndaşımız isə qazi oldu.

  Bunları əsla unutmayacağıq, unutdurmayacağıq.

  FETÖ-nün xaricdə Türkiyə əleyhinə icra etdiyi fəaliyyətləri sonlandırmaq üçün də cəhdlərimiz davam edir. 15 İyul çevriliş cəhdindən sonra FETÖ mənsublarının, başda Amerika Birləşmiş Ştatları və Avropa olmaqla, dünyanın müxtəlif ölkələrinə qaçaraq törətdikləri ağır cinayətlərin cəzasını çəkmədən yaşamalarına icazə verilməsi ikitərəfli dövlət əlaqələrinə zərər verməkdədir.

  Türkiyə terror təhdidi altındakı ölkələrin milli təhlükəsizliyini əsas götürən bir duruş sərgilədiyi halda, xüsusilə, Qərb ölkələri bu mövzuda imtahandan yaxşı keçə bilmir.

  FETÖ başçısının hələ də Türkiyəyə qaytarılmaması və ABŞ-da yaşamasına icazə verilməsi Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik ruhuna kölgə salır.

  Xain FETÖ-nun demokratiyaya təhdidini qulaqardına vuran bəzi Qərb ölkələrinin 15 İyul reallığına laqeyd qalması da ziddiyyətlidir.  

  Türkiyə FETÖ, PKK, DAEŞ və digər bütün terror təşkilatlarına qarşı mübarizəyə əzmlə davam edəcək, demokratiya, azadlıq və müstəqilliyini hər cür təhdid və təhlükədən qoruyacaq.

  Vətəni üçün qəhrəmancasına canlarını fəda edən 15 İyul şəhidlərimizi hörmətlə, minnətlə və rəhmətlə yad edirik.

  Milli birlik və bərabərliyimizin bir nişanəsi olan 15 İyul ruhunun nəsillər boyu daim olmasını arzu edirik."



Әlaqәli Xәbәrlәr