15 İyul çevriliş cəhdini yaradan əsl səbəblər nələr idi?

Ərdoğan etdiyi çıxışında 15 İyulun yaşanan bu torpaqlarda əsrlər boyu verilən varlıq-yoxluq mücadiləsi zəncirinin ən son halqası olduğunu vurğulayaraq deyib

1455748
15 İyul çevriliş cəhdini yaradan əsl səbəblər nələr idi?
şentop.jpg

 

  Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən 4 il keçir.

  Xain cəhdin basdırılmasının ildönümünü Türkiyə Demokratiya və Milli Birlik Günü olaraq qeyd edir.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul proqramına Prezident Aparatı (Cumhurbaşkanlığı) qarşısındakı 15 İyul abidəsinə çiçək qoyaraq başladı.

  "Tək millət, tək bayraq, tək vətən və tək dövlət" rəmzlərini işarələyən 4 fiqurla işlənmiş 15 İyul abidəsinə polis, əsgər və qazilərlə əklil qoyan Ərdoğan daha sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil edilən 15 İyul Şəhidlərini Anma Proqramında iştirak edib. Ərdoğan burada etdiyi çıxışında 15 İyulun yaşanan bu torpaqlarda əsrlər boyu verilən varlıq-yoxluq mücadiləsi zəncirinin ən son halqası olduğunu vurğulayaraq deyib: “15 iyul gecəsi hökumətə hücum edən FETÖ-çü xainlərin Türkiyə Böyük Millət Məclisini xüsusilə hədəf alması təsadüfi seçim deyildi.

  (FETÖ-çü qiyamçıların) Əgər gücləri çatsaydı, bu Məclisi dağıdıb-yıxmaqdan çəkinməyəcəklərindən əmin olduq. Əgər gücləri çatsaydı, ölkənin prezidenti və baş naziri başda olmaqla, seçilmiş bütün idarəçiləri qətl etməkdən çəkinməyəcəklərindən əmin olduq.

  15 İyul əsla sıradan bir çevriliş cəhdi deyildi.

  15 İyul bu torpaqlarda yaşadığımız, əsrlər boyu verdiyimiz varlıq-yoxluq mücadilə zəncirinin ən son halqası, arxasında çox böyük hesabların olduğu və reallaşdığında tarixi bir qırılma nöqtəsidir.

  Öz mənfəətləri üçün Türkiyəni atəşə atmağa hazır olan xainlərə inad olaraq, 15 İyul gecəsi olduğu kimi, millətimizlə çiyin-çiyinə verib vətənimiz, demokratiyamız və müstəqilliyimizi müdafiəyə davam edəcəyik.

  Məclisin damı altında vəzifəsini yerinə yetirən hər kəsi böyük və güclü Türkiyə iddiasına dəstək olmağa çağırıram.

  Gəlin, şəhidlərimizin əmanətinə hamımız birlikdə sahib çıxaq. Gəlin, 2023 hədəflərimizə doğru birlikdə gedək. Gəlin, Türkiyəni işıqlı sabahlara birlikdə aparaq."

  Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil edilən 15 İyul Şəhidlərini Anma Proqramında parlamentin sədri Mustafa Şentop da iştirak edib və çıxışında bunları söyləyib: “Türkiyəyə qarşı ən qanlı və xain hərəkətlərdən biri olan, millətin möhkəmliyi və ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın dəyanətli liderliyi ilə məğlub edilən 15 İyul çevriliş və işğal cəhdinin 4-cü ilində xain şəbəkənin hədəfə aldığı “qazi məclisi”ndə bir araya gəldik. Bu alçaq planın məğlub edilməsi üçün canlarını fəda edən şəhidlərə rəhmət diləyir, o gecə yaralanan qazilərə cansağlığı və faydalı uzun ömür arzulayıram.

  İqtisadiyyatda, müdafiə sənayesində, müstəqil enerjiyə çatma səylərində, təhsildə, səhiyyədə, xarici siyasətdə və bir çox sahədə Türkiyənin get-gedə güclənməsi 15 İyul çevriliş cəhdini yaradan əsl səbəblər idi. 27 maydan 15 iyula qədər bütün qiyamçıların məqsədi və əsas hərəkatı Türkiyənin bir güc olaraq önə çıxması, müstəqil siyasət yürütməsi, qlobal paylaşmanın parçası deyil, baş rol aktyorlarından biri olmasına maneə törətmək idi."



Әlaqәli Xәbәrlәr