Türkiyə “Yıldırım 1 Cudi” əməliyyatına başladı

Sözügedən mövzu ilə bağlı M.Ersoy deyib

1454900
Türkiyə “Yıldırım 1 Cudi” əməliyyatına başladı

 

  Bölücü terror təşkilatı PKK-ya qarşı Türkiyənin Şırnak rayonunun Cudi dağında geniş əməliyyat başlandı.

  Türkiyə daxili işlər nazirinin müavini Mehmet Ersoy və general Arif Çetin bölgədə əməliyyatı izləyir.

  Sözügedən mövzu ilə bağlı M.Ersoy deyib: "Təşkilatın xain əməllərinə xidmət edənlərə qarşı 13 iyulda “Yıldırım 1 Cudi” əməliyyatına başladıq. Bu əməliyyat fasiləsiz sürəcək, Cudi dağından başlayaraq adı terrorda hallanan bütün nöqtələrdə davam edəcək… Kato, Bestler Dərələr… Ağılınıza hara gəlirsə... Bu coğrafiya içində bir terrorçu belə qalmayana qədər mübarizəmiz davam edəcək".



Әlaqәli Xәbәrlәr