Fərat Qalxanı və Zeytun Budağı bölgələrində PKK/YPG üzvləri tutuldu

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) edilən şərhdə bildirilir

1454706
Fərat Qalxanı və Zeytun Budağı bölgələrində PKK/YPG üzvləri tutuldu

 

  Suriyadakı Fərat Qalxanı və Zeytun Budağı bölgələrində bölücü terror təşkilatı PKK/YPG-nin 4 üzvü tutulub, İraqın şimalındakı sığınma sahələrindən qaçan 4 terrorçu da Şırnakın Silopi qəsəbəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) edilən şərhdə bildirilir: “Bölücü terror təşkilatı PKK/YPG-nin dinclik və güvən mühitini pozan fəaliyyətlərinin qarşısını almaq üçün təşkil edilən əməliyyatlarda – Fərat Qalxanı bölgəsində 2, Zeytun Budağı bölgəsində də 2 PKK/YPG terrorçusu nəzarətə alınıb.”

  Nazirlikdən verilən digər şərhdə isə "İraqın şimalındakı sığınma sahələrindən qaçan 4 PKK terrorçusu Silopidə təhlükəsizlik qüvvələrinə təslim olub" yazılır.



Әlaqәli Xәbәrlәr