"Alişer" kod adlı terrorçu zərərsizləşdirildi

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda bildirilir

1455002
"Alişer" kod adlı terrorçu zərərsizləşdirildi

 

  Yıldırım-1 Cudi dağı əməliyyatında 5 vətəndaşın ölümünə səbəb olmuş "Alişer" kod adlı terrorçu Osman Durmuş zərərsizləşdirilib.

  Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda bildirilir: “Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Şırnak-Silopi Cudi dağı bölgəsində 102 hərbi komanda ilə başlanan Yıldırım-1 Cudi dağı əməliyyatı axtarış-arama fəaliyyətləri zamanı qarşıdurma yaranıb. Savaşda "Alişer" kod adlı Osman Durmuş silahıyla (NEA-15 piyada tüfəngi) birlikdə zərərsizləşdirilib.

  Sözügedən terrorçunun 14 apreldə Şure təpə təhlükəsizlik qülləsi inşaatında çalışan bir mülki vətəndaşın və 17 iyunda Celasör təpə bölgəsində yol inşaatında işləyən 4 vətəndaşın qumbara partlayışı nəticəsində həyatını itirməsinə səbəb olduğu təsbit edildi.

  Əməliyyat zamanı ələ keçirilən çox sayda mina və qumbara məhv olunub.  



Әlaqәli Xәbәrlәr