Terrorçular əməliyyat və razısalma yolu ilə təslim edildilər

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) edilən şərhdə terrora qarşı əməliyyatın əzmlə davam etdirildiyi bildirilərək yazılır

1453602
Terrorçular əməliyyat və razısalma yolu ilə təslim edildilər

 

  İraqın şimalındakı Haftanin bölgəsində Pəncə-Qaplan əməliyyatı çərçivəsində bölücü terror təşkilatı PKK-nın 2 üzvü zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) edilən şərhdə terrora qarşı əməliyyatın əzmlə davam etdirildiyi bildirilərək yazılır: "Pəncə-Qaplan əməliyyatı çərçivəsində İraqın şimalı Haftanin bölgəsində təsbit edilən 2 PKK terrorçusu icra edilən hava hərəkatı nəticəsində zərərsizləşdirildi. Terror təşkilatının bütün yuvalarını başlarına yıxacağıq."

  Əməliyyat çərçivəsində terrorçulara aid çox sayda sursat və məişət əşyaları ələ keçirilib.

  Digər tərəfdən, Şırnak polisinin razısalma yolu ilə PKK-lı bir qadın Mardinin Nusaybin qəsəbəsində, Suriya sərhədində təhlükəsizlik qüvvələrinə təslim olub. M.B. ailəsiylə görüşdüyü zaman jurnalistlərə 2015-ci ildə ailəvi səbəblərə görə təşkilata qatıldığını, bu müddət boyu İraqın şimalı ilə Suriyada YPG/PKK-nın qadın qolu YPJ içində fəaliyyət göstərdiyini deyib. Son günlərdə təşkilatdan qaçıb təslim olanların ailələrinə qovuşmasından təsirləndiyini söyləyən M.B. "Təşkilata qatıldığım üçün çox peşmanam. Ailəmə qovuşduğum üçün xoşbəxtəm" deyib.

  Daxili İşləri Nazirliyindən verilən bir məlumatda isə Ərzurumun Şenkaya qəsəbəsində PKK-nın 3 üzvünün təsbit edilməsilə iyulun 11-də əməliyyat başlanıldığı, çıxan qarşıdurmada bir terrorçunun zərərsizləşdirildiyi bildirilib: "Davam edən əməliyyatda sıxışdırılan 2 terrorçu 12 iyulda təhlükəsizlik qüvvələrinə təslim oldu. 3 nəfərlik terrorçu qrup Qaradəniz bölgəsinə keçmək istərkən əməliyyat nəticəsində qarşısı alınıb”.



Әlaqәli Xәbәrlәr