"Ayasofyanı hər dindən olan insanın ziyarət etməsi mümkündür", Ö.Çelik

“Twitter”dən etdiyi paylaşmada Ö.Çelik deyib

1453681
"Ayasofyanı hər dindən olan insanın ziyarət etməsi mümkündür", Ö.Çelik

 

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Ayasofya məscidində universal mədəni mirasın qorunacağını bildirib.

  “Twitter”dən etdiyi paylaşmada Ö.Çelik deyib: “Ayasofyanın ibadətə açılması qərarı verildi. Türkiyə dünya mirasını qorumaqda və başqa dinlərin ibadət məkanlarına hörmət göstərməkdə ən alınıaçıq ölkədir. Dünyada həm universal mirası təmsil edən, həm də ibadətə açıq olan çox məkan var. Ayasofyaya hər dindən olan insanın ziyarət məqsədiylə daxil olması mümkündür. Bu qədim ibadətgahın universal mədəni mirası qorunacaq. Xalqımızın həsrəti gözündə qalmadı. Dövlətimiz bunu suverenlik haqqına uyğun hüquqi, doğru qərarla reallaşdırdı. Ölkə başçısımızın mesajları aydındır. Bu qərardan xoşlanmayan dövlətlər ola bilər. Bizi maraqlandıran öz xalqımızın nə dediyi, nə istədiyidir. Bu qərarı bəyənməyən dövlətlərin mədəni və hüquqi səbəbləri yoxdur, yanaşmaları siyasidir."

  Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan Ayasofya ilə bağlı: “Bu, bizim daxili məsələmizdir, digər ölkələrə ancaq alınan qərara hörmət göstərmək düşər", - deyib.



Әlaqәli Xәbәrlәr