15 İyul Mehtəri (sözləri)

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı ildəki xain çevriliş cəhdində şəhid olanların xatirəsinə hazırlanan 15 İyul Mehtəri əsərini sosial media hesabından yayıb

1453592
15 İyul Mehtəri (sözləri)

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı ildəki xain çevriliş cəhdində şəhid olanların xatirəsinə hazırlanan 15 İyul Mehtəri əsərini sosial media hesabından yayıb.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidməti tərəfindən hazırlanan 15 İyul Mehtəri videosu “twitter”dən "Vətənini müdafiə etmək üçün bir an belə düşünmədən yardan və başdan keçən qəhrəman şəhidlərimizin əziz ruhlarına hörmət və rəhmətlə" başlığı ilə paylaşılıb.

  15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə şəhidlərin xatirəsinə hazırlanan əsərin təqdimat videosunda ölkə başçısı Rəcəb Tayyib Ərdoğan səsində şair Nəcib Fazıl Kısakürekin

Divardan bir dəlik açdıq,

Müqəddəsdirmi, müqəddəsdir!

Ey namərd külək artıq

Hardan əsərsənsə, əs."

(Surda bir gedik açtık mukaddes mi mukaddes

Ey kahpe rüzgar artık ne yandan esersen es)

sətirləri səslənir.

  Ayasofya meydanında çəkilən klipdə FETÖ-nün xain çevriliş cəhdində yaşananların, qiyama maneə törətmək üçün küçələrə çıxan vətəndaşların apardığı mübarizənin görüntüləri yer alır.

 

15 İyul Mehtərinin sözləri belədir:

"Qaranlıq bir gecə idi,

Hədəf son qala idi.

Məmləkət meydanları xəyanətlə çevrildi,

Sinəsi iman dolu canlar ona qarşıydı.

15 İyul gecəsi dastan yazan millətdi.

Qəhrəmanlar ölümünə lülələrə dirəndi,

Sipər oldu yurduna 15 İyul gecəsi,

Başdan keçdi yenə də, vətənini vermədi.

Meydanları qoruyub pozdular xəyanəti.

Selalar minarələrdən vətən üçün yüksəldi.

“O gün bu gündür” deyən qəhrəmanlar can verdi.

Göydə hazır mələklər salamladı şəhidi

15 İyul gecəsi yenidən dirilişiydi.

 

Türkiye Türkçesinde:

Karanlık bir geceydi,

Hedef son kaleydi.

Memleket meydanları ihanetle çevrildi.

Sinesi iman dolu canlar ona neferdi.

15 Temmuz gecesi destan yazan milletti.

Kahramanlar ölümüne namlulara direndi.

Siper oldu yurduna 15 Temmuz gecesi.

Serden geçti yine de, vatanını vermedi.

Meydanları kuşatıp bozdular ihaneti.

Selalar minarelerden vatan için yükseldi.

“O gün bugündür” diyen kahramanlar can verdi.

Gökte hazır melekler selamladı şehidi.

15 Temmuz gecesi yeniden dirilişti.



Әlaqәli Xәbәrlәr