Mövlud Çavuşoğlu: ''İngiltәrә Türkiyәnin strateji müttәfiqidir''

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә ilә İngiltәrә arasında azad ticarәtә dair müqavilәnin әldә olunacağını söylәyib.

1452777

Mövlud Çavuşoğlu  çәrşәmbә günü İngiltәrәyә etdiyi sәfәr çәrçivәsindә ‘‘Financial Times’’a müsahibә verib.

Müsahibә zamanı azad ticarәt razılaşması mәsәlәsinә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Danışıqlar çox yaxşı davam edir. Danışıqlar yaxın dövrdә nәticәlәnәcәk. İkitәrәfli ticarәtimizin 95%-i sәnaye mәhsullarından ibarәtdir. 5 %-i dә kәnd tәsәrrrüfatı mәhsullarından ibarәtdir’’.

İngiltәrәnin Türkiyәnin strateji müttәfiqi olduğunu deyәn Mövlud Çavuşoğlu İngiltәrә ilә ‘‘Brexit’’dәn sonra ikitәrәfli ticarәt hәcmini artırmağa qәrar verdiklәrini ifadә edib.

Çavuşoğlu azad ticarәt razılaşması ilә yanaşı, Türkiyә vәtәndaşlarının İngiltәrәdә iş qurmasını tәmin edәn Ankara müqavilәsinә bәnzәr başqa bir müqavilәni dә müzakirә etdiklәrini deyib.

Әlaqәli Xәbәrlәr