Mustafa Şentop yenidәn Türkiyә Böyük Millәt Mәclisinin sәdri seçilib

Әdalәt vә İnkişaf Partiyasının Tekirdağ üzrә millәt vәkili Mustafa Şentop Türkiyә Böyük Millәt Mәclisindә keçirilәn sәsvermәdә yenidәn TBMM-nin sәdri seçilib.

1451011

Parlamentdə təşkil olunan səsvermədə beş namizəd mübarizə aparıb. Sәsvermә prosesindә 557 millәt vәkili iştirak edib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP)  tərəfindən Mustafa Şentop vahid namizəd olaraq irəli sürüb. O, 328 səslə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Qeyd edәk ki, seçkidә mübarizә aparan Cümhuriyyәt Xalq Partiyasının namizәdi Halık Koç 134 sәs, Xalqların Demokratik Partiyasının namizәdi Erol Katırcıoğlu 51, İYI Partiyanın namizәdi İmam Hüseyn Filiz dә 37 sәs toplayıb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan yenidәn Türkiyә Böyük Millәt Mәclisinin sәdri seçilәn Mustafa Şentopu tәbrik edib vә uğurlar arzulayıb.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә,  Әrdoğan hәmçinin Mustafa Şentopa tәbrik mәktubu ünvanlayıb.

Әlaqәli Xәbәrlәr