İbrahim Kalın Liviya və Şərqi Aralıq dənizindəki proseslərlə bağlı şərhlər verdi

Anadolu Agentliyinə (AA) gündəmlə bağlı şərhlər verən İ.Kalın deyib...

1451487
İbrahim Kalın Liviya və Şərqi Aralıq dənizindəki proseslərlə bağlı şərhlər verdi

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın ölkənin Liviyada qanuni Trablus hökumətinə dəstəyinin bundan sonra da davam edəcəyini vurğuladı.

  Anadolu Agentliyinə (AA) gündəmlə bağlı şərhlər verən İ.Kalın deyib: “Türkiyə Liviyada qanuni hökumətin istəyi ilə dekabrda Türkiyə - Liviya Hərbi Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsini imzaladı. Bu razılaşma çərçivəsində Birləşmiş Millətlər Təşkilatının da qəbul etdiyi qanuni hökumətə dəstək veririk. Orada Türkiyənin müdaxiləsiylə qarşıdurmaya bir tarazlıq gətirildiyi artıq hər kəsə məlumdur. Əgər ölkə başçısımızın bu müdaxiləsi olmasaydı, Liviyada qarşıdurmalar daha çox dərinləşəcək, daha çox insan öləcək və Liviyanın parçalanması labüd olacaqdı.

  Sərrac hökuməti sülhsevər həll yollarından keçdi və hələ də qəbul edir. Amma qiyamçı Hafter tərəfi 2019-cu ilin aprelində bağlanılan Abu Dabi Razılaşmasını, təxminən 1,5 ildir ki, bütün müqavilə, atəşkəs çağırışları və sülh görüşlərini pozur.

  Trablus hökumətinin atəşkəsin davam etdirilməsi ilə bağlı müəyyən şərtləri var. Bunlardan biri də hər kəsin 2015-ci ildə imzalanan Sahirat Razılaşmasındakı mövqelərinə geri çəkilmələridir. Buna əsasən, Hafter qüvvələri Sirte və Cufradan çıxmalıdır.  

  Türkiyə qanuni Trablus rəhbərliyinə olan dəstəyi sonuna qədər davam etdirəcək.”

  İbrahim Kalın Yunanıstanın Şərqi Aralıq dənizində etdiyi pozuntulara da toxunaraq bunları söyləyib: "Türkiyəni saymadan Şərqi Aralıq dənizində enerji xəritəsi və siyasi sabitlik yaratmaq mümkün deyil."



Әlaqәli Xәbәrlәr