"Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır", R.T.Ərdoğan

İstanbulun Kartal rayonundakı Lütfü Kırdar Şəhər Xəstəxanasının açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib...

1448967
"Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki şəhər xəstəxanalarının Avropada birinci, dünyada isə sayılıb-seçilən olduğunu vurğuladı.

  İstanbulun Kartal rayonundakı Lütfü Kırdar Şəhər Xəstəxanasının açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib: “Yeni xəstəxanamız İstanbula yaraşan bir əsər olmaqla yanaşı, həm də zəlzələyə davamlı inşa edilib. Binanın zəminindəki 855 izolyatorla Lütfü Kırdar Şəhər Xəstəxanası İstanbulun zəlzələyə hazırlıqlı ən möhkəm mərkəzlərindən biri oldu.

  İnfrastruktur və təchizatıyla seçilən bu xəstəxanada ildə 3,5 milyon xəstə müayinə, 150 min xəstə isə yatılı müalicə ala biləcək. Burada xərçəng cərrahiyyəsi başda olmaqla, 1 ildə 100 min əməliyyat aparılması mümkündür.  

  Dünya üzrə 550 min insanın həyatına bais olan yeni tip korona virusu (Covid-19) epidemiyası sağlamlığın və səhiyyə sisteminin əhəmiyyətini bir daha göstərdi. Gördüyümüz tədbirlər və inkişaf etdirdiyimiz üsullar sayəsində epidemiyanı ən aşağı can itkisi nisbətiylə sovuşduran ölkələr arasındayıq.

  Epidemiya təhdidi ilə xəstəxanaya üz tutan heç bir vətəndaşımız pərt dönmədi: müayinə olundu, müalicəsinə laqeyd yanaşılmadı. Bu çətin dövrdə 83 milyonun hər birinə əla tibbi xidmət göstərə bildik.

  Korona virusuna qarşı mübarizəmiz sağlıq turizmində Türkiyənin qarşısında yeni bir fürsət pəncərələri açdı. Türkiyəni üç qitənin sağlıq mərkəzi etməkdə qərarlıyıq.

  Braziliyadan Somaliyə qədər bir çox qitədə Türkiyənin tənəffüs cihazları istifadə edilməyə başlandı. Din, dil, irq və bölgə ayrı-seçkilik etmədən dünyanın 138 ölkəsinə tibbi ləvazimat və vəsait göndərdik. Ona görə iddia edirəm ki, Türkiyənin şəhər xəstəxanaları Avropada bir nömrəli, dünyada isə sayılıb-seçiləndir."



Әlaqәli Xәbәrlәr