Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyәnin Hәrbi Hava Qüvvәlәrinә mәxsus F-16 tәyyarәlәri terrorçuların İraqın şimalındakı Avaşin-Basyan bölgәsindәki mövqelәrini mәhv edib.

1448668
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

 

Türkiyәnin Hәrbi Hava Qüvvәlәrinә mәxsus F-16 tәyyarәlәri terrorçuların İraqın şimalındakı Avaşin-Basyan bölgәsindәki mövqelәrini mәhv edib.

Bu barәdә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn mәlumatda bildirilib. Mәlumatda terrorla mübarizә әmәliyyatları çәrçivәsindә Hәrbi Hava Qüvvәlәrinә mәxsus iki tәyyarәnin terrorçuların Avaşin-Basyan bölgәsindәki mövqelәrini mәhv etdiyi  bildirilib.

Nazirlikdәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Hәrbi Hava Qüvvәlәri vәzifәlәrini müvәffәqiyyәtlә hәyata keçirdi’’.



Әlaqәli Xәbәrlәr