Hami Aksoy Misirin İraqın şimalında keçirilәn әmәliyyatlarla bağlı açıqlamasına münasibәt bildirib

Türkiyә Misirin ‘‘Pәncә-Qartal’’ vә ‘‘Pәncә-Qaplan’’ әmәliyyatları ilә bağlı tәnqidlәrini rәdd edәrәk çevrilişlә vәzifәyә gәlәnlәrin terror qarşı aparılan әmәliyyatları qınamasının tragikomik olduğunu bildirib.

1448752

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Misir Әrәb Cümhuriyyatinin Xarici İşlәr Nazirliyinin Türkiyәnin İraqın şimalında davam etdirdiyi ‘‘Pәncә-Qartal’’ vә ‘‘Pәncә-Qaplan’’  әmәliyyatları ilә bağlı açıqlamasına münasibәt bildirib.

Hami Aksoy deyib: ‘‘Misir Әrәb Cümhuriyyatinin Xarici İşlәr Nazirliyinin verdiyi açıqlamada İraqın şimalında olan vә ölkәmizlә yanaşı, İraq vәtәndaşlarına on illәrdir zülm edәn terror tәşkilatı PKK-ya qarşı apardığımız ‘‘Pәncә-Qartal’’ vә ‘‘Pәncә-Qaplan’’ әmәliyyatlarımızı qınamasını vә ölkәmizi bölgәdәki qeyri-sabitliyin mәnbәyi adlandırmasını  rәdd edirik''.

Çevrilişlә vәzifәyә gәlәnlәrin terror qarşı aparılan әmәliyyatları qınamasının  tragikomik olduğunu ifadә edәn  Hami Aksoy deyib: ‘‘Çevrilişlә vәzifәyә gәlәnlәrin terror qarşı aparılan әmәliyyatları qınaması  tragikomikdir. Bu növ açıqlamalar hәr zaman yanında olduğumuz qardaş İraq xalqına deyil, әli qanlı terror tәşkilatı PKK-nın gündәminә xidmәt edir. Unudulmamalıdır ki, terror tәşkilatı PKK İraqın sabitliyi, әrazi bütövlüyü vә tәhlükәsizliyi üçün tәhdid yaradır. Türkiyә İraq xalqının yanında olmağa vә terror qarşı qәtiyyәtlә mübarizә aparmağa davam edәcәk’’

Әlaqәli Xәbәrlәr