Prezident Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən qayıtdı

Prezident Rəcəb Tayyib Ərdoğan işgüar səfərlə bir günlüyünə getdiyi Qətərdə bu dövlətin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

1447974
Prezident Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən qayıtdı

Prezident Rəcəb Tayyib Ərdoğan işgüzar səfərlə bir günlüyünə getdiyi Qətərdə bu ölkənin  Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
Paytaxt Dohadakı İnci Sarayında 3 saata yaxın davam edən təkbətək görüş mətbuata qapalı keçirilib.
Rəsmi iş yeməyindən sonra Ərdoğan və müşayiətindəki heyət Dohadan ayrılıb.

Qeyd edək ki, səfərdə Rəcəb Tayyib Ərdoğanı Prezident Aparatının Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun, prezidentin sözçüsü İbrahim Kalın və Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət etdi.

Ərdoğanın Qətərə səfəri koronavirusun başlanğıcından bəri ilk xarici səfəridir.



Әlaqәli Xәbәrlәr